Sabiq NBA basketbolçusu Kermit Vaşinqton koronavirus pandemiyası səbəbindən həbsxanadan buraxılmasını xahiş edib.
Fanat.Az xəbər verir ki, məlumatı TMZ yayıb.
Dəmir barmaqlıqlar arasında COVİD-19-a yoluxanların çox olduğunu bildirən eks-idmançı onu bu ay başqa həbsxanaya göndərməyə hazırlaşdıqlarını, ancaq mövcud pandemiya üzündən razılaşmadığını vurğulayıb. 68 yaşlı veteran cəzasının qalan hissəsini ev dustaqlığında çəkməyin daha düzgün variant olduğunu bildirib.
Vaşinqton Afrikadakı AİDS xəstələri üçün yaradılan yardım fondundan 1 milyon dollar mənimsədiyi üçün 6 illik həbs cəzası alıb.
Fanat.Az