"Arsenal"ın əfsanəvi qolkiperlərindən olan Yens Lemannın koronavirusa yoluxduğu məlum olub.
Fanat.Az xəbər verir ki, Lemann "Bild"ə açıqlamasında xəstəliyi yüngül keçirdiyini bildirib:
"Bəli, mart ayının ortalarında xəstələnmişdim. Təxminən bir gün yarım öskürdüm və azacıq temperaturum oldu. İki həftə ərzində tam sağlamlığıma qovuşdum.
Düzü, mən koronavirusu qripdən yüngül keçirdim. Amma risk qrupunda olan insanlara diqqətli olmağı məsləhət görərdim.
Bu period ərzində başa düşdüm ki, sağlam həyat tərzinə əməl edənlər sağlam da qalırlar".
Yens Lemann 1996-97 və 2005-06 mövsümlərində klublar səviyyəsində ən yaxşı qolkiper seçilib. O, "Arsenal"ın Premyer Liqanı məğlubiyyətsiz tamamladığı 2003-04 mövsümündə keçirdiyi bütün oyunlarda komandanın qapısını qoruyub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol