Teleaparıcı Olqa Uşakova "Soçi”nin forvardı Aleksandr Kokorini və "Rostov”un yarımmüdafiəçisi Pavel Mamayevi məhkəməyə verib.
Fanat.Az xəbər verir ki, bu, 2018-ci il oktyabrın 8-də baş vermiş hadisə ilə əlaqədardı.
Belə ki, həmin vaxt dava salan Kokorin və Mamayev Uşakovanın sürücüsünü – Vitali Solovçuku döymüşdülər. Bundan başqa, "mersedes” markalı avtomobilin də şüşələri sındırılmış, nəqliyyat vasitəsinə maddi ziyan dəymişdi.
Hər iki futbolçu sonradan başqa insidentə görə həbs edilsə və cəzalandırılsa da, maşına dəyən maddi ziyan ödənilməyib.
İndi Uşakova ötən ilin payızında azad edilən oyunçulardan 300 min rubl tələb edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol