"Marca" nəşri ulduz futbolçuları penaltiləri yerinə yetirmə bacarıqlarına görə sıralayıb.
Fanat.Az xəbər verir ki, "Real"ın vingeri Eden Azar birinci olub. Belçikalı futbolçunun karyerası ərzində yerinə yetirdiyi 56 penaltidən 49-u uğurlu alınıb (88%). Azarın komanda yoldaşı Kərim Benzema ikinci, "Yuventus"un hücumçusu Kriştianu Ronaldu isə üçüncüdü.
"Barselona"nın forvardı Lionel Messi sıralamada 9-cu olub.
Penaltilərin realizasiyasına görə "ilk onluq":
1. Eden Azar (56 penaltidən 49-u qol olub, realizasiya - 88%)
2. Kərim Benzema (17 penaltidən 15-i qol olub, realizasiya - 88%)
3. Kriştianu Ronaldu (143 penaltidən 121-i qol olub, realizasiya - 85%)
4. Harri Keyn (44 penaltidən 37-si qol olub, realizasiya - 84%)
5. Luis Suares (49 penaltidən 40-ı qol olub, realizasiya - 82%)
6. Məhəmməd Salah (16 penaltidən 13-ü qol olub, realizasiya - 81%)
7. Neymar (64 penaltidən 51-i qol olub, realizasiya - 80%)
8. Serxio Aquero (59 penaltidən 46-sı qol olub, realizasiya - 78%)
9. Lionel Messi (115 penaltidən 89-u qol olub, realizasiya - 77%)
10. Antuan Qrizmann (25 penaltidən 17-si qol olub, realizasiya - 68%)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol