"Feyenoord"un yarımmüdafiəçisi Orkun Kökçü bu yay iş yerini dəyişə bilər.
Fanat.Az "Express"ə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" Kökçü uğrunda mübarizə aparırlar. Türk əsilli holland futbolçunun transferi 23 milyon funt dəyərində qiymətləndirilir.
"Topçular"ın baş məşqçisi Mikel Artetanın bir neçə aydı Kökçünü yaxından izlədiyi bildirilir. "Arsenal" artıq keçidin mümkünlüyünü müzakirə etmək üçün 19 yaşlı oyunçunun təmsilçisi ilə əlaqə saxlayıb.
Cari mövümdə Niderland çempionatında 21 matçda meydana çıxan Orkunun aktivində 2 qol, 4 məhsuldar ötürmə var. Daha əvvəl onun adı "Everton"la birlikdə hallanırdı.
Qeyd edək ki, Orkunun qardaşı Ozan Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdü.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol