Almaniya Bundesliqası 16 mayda bərpa olunacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falk tvitter hesabında məlumat verib:
"Yeni qərar: cümə günü (15 may) oyun olmayacaq. Bundesliqa şənbə günü - 16 mayda start götürəcək".
Ötən gün Almaniya hökuməti Bundesliqanın may ayının ikinci yarısında başlamasına icazə vermişdi. Qərara görə, liqa rəhbərliyi mayın ikinci yarısında olmaq şərti ilə, çempionatın bərpa ediləcəyi tarixi müəyyənləşdirmək haqqına sahibdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol