Koronavirus pandemiyası dövründə daxili çempionatı bərpa edən ilk ölkə Cənubi Koreya olacaq. K Liqanın matçları 8 mayda start götürəcək.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, oyunlarda bəzi məhdudiyyətlər tətbiq ediləcək. Qarşılaşmalar tamaşaçılarsız keçiriləcək. Bununla yanaşı, futbolçuların meydana tüpürməsi və bir-birləri ilə danışması qadağan ediləcək. Qaydalara əməl etməyən oyunçular sarı vərəqə ilə cəzalandırıla bilər.
Son məlumatlara görə, Cənubi Koreyada 10 mindən çox insan koronavirusa yoluxub. Ölkədə 256 nəfər COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol