NBA komandaların 8 maydan etibarən məşqlərə başlamasına icazə verib.
Fanat.Az insayder Şems Çaraniyaya istinadən xəbər verir ki, liqa rəhbərliyi məşqlərin keçirilməsi ilə bağlı bəzi şərtlər müəyyənləşdirib. Onlardan biri də temperaturla bağlıdı. Temperaturu 37.2 dərəcədən (Selsi ilə) yuxarı olan basketbolçular və klub əməkdaşlarının məşq mərkəzlərinə buraxılmayacağı bildirilib. Komplekslərin girişində hamının qızdırması ölçüləcək.
Qeyd edək ki, oyunçular eyni anda parketdə 4 nəfərdən çox olmamaq şərtilə məşqlərdə iştirak edə bilərlər.
Fanat.Az