BBC-nin oxucuları İngiltərə Premyer Liqasında 2019-20 mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər.
Fanat.Az xəbər verir ki, səsvermənin yekunlarına görə, "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson mövsümün ən yaxşı oyunçusu seçilib. İngilis futbolçu səsverənlərin 23%-nin etimadını qazanıb. Onun komanda yoldaşı Sadio Mane (17%) ikinci, "Mançester Siti"nin mərkəz oyunçusu Kevin De Bröyne (14%) isə üçüncü olub.
Digər nominasiyalar üzrə qaliblər:
Mövsümün ən yaxşı məşqçisi - Yürqen Klopp ("Liverpul");
Mövsümün ən yaxşı oyunu - "Uotford" - "Liverpul" - 3:0;
Mövsümün ən çox inkişaf edən oyunçusu - Adama Traore ("Vulverhempton");
Mövsümün ən yaxşı gənc oyunçusu - Trent Aleksandr-Arnold ("Liverpul");
Mövsümün ən yaxşı keçidi - Din Henderson ("Şeffild Yunayted", icarə);
Mövsümün ən yaxşı qolu - Son Hın Minin ("Tottenhem") "Börnli"yə vurduğu qol.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol