Arda Turan "Barselona"ya keçidi barədə danışıb.
Fanat.Az xəbər verir ki, türkiyəli futbolçu "Marca"ya müsahibəsində, katalon klubuna transferini agentinin bir müddət ondan gizli saxladığını bildirib:
"Agentim mənə "Barselona"ya keçəcəyimi deməmişdi. Transfer razılaşdırıldıqdan 15 gün sonra məni məlumatlandıracağını bildirmişdi. "Bavariya"ya keçəcəyimi düşünürdüm. Sonra onun çantasından üzərində "Barselona"nın loqosu olan sənəd düşdü. Özüm də gördüyümə inana bilməmişdim.
Təəssüf ki, Valverde "Barsa"da mənə kifayət qədər şans vermədi. Halbuki Messi və Suaresə ən çox kömək edən oyunçularan biri idim".
Arda 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko"dan "Barselona"ya transfer olmuşdu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol