\"Yenə qurşaqdan aşağı zərbə vurum?\" - Şarapova Cokoviçlə belə zarafatlaşdı (VİDEO)
Novak Cokoviç və Mariya Şarapova instaqram canlı yayımında söhbətləşiblər.
Fanat.Az xəbər verir ki, tennisçilər söhbət zamanı 2012-ci ildə birlikdə çəkildikləri reklam filmindən bəhs ediblər.
Şarapova qeyd edib: "Deyəsən, onda topla zəif yerinə zərbə endirmişdim. Ondan sonra bir neçə "Böyük dəbilqə" qazandın, hə? 20-yə yaxın... Yenə qurşaqdan aşağı vurmağımı istəyirsən?"
Cokoviçin cavabı gecikməyib: "Yox, artıq zərbə vurmağına ehtiyac yoxdu".
Sözügedən çəkilişin gedişində Cokoviç top qutusunu başının üzərinə qoymuş, Şarapova isə qutunu vurmağa çalışmışdı. Lakin bu zaman Maşa serb tennisçininin zəif yerini nişan almışdı.