Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək "Yuventus" - "Lion" cavab oyununun vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bunu "Lion"un prezidenti Jan-Mişel Olas Fransa mətbuatına açıqlayıb. O, görüşün avqustun 7-də Turində keçiriləcəyəni bildirib. Matça azarkeş buraxılmayacaq.
Klub başqanı Liqa 1-in ləğvinə görə Peşəkar Futbol Liqasına etiraz məktubu göndərdiklərini də deyib. Futbol funksioneri çempionatın ləğvinin "Lion" və PSJ-nin Çempionlar Liqasındakı rəqiblərinə nisbətən hazırlıqsız olmasını şərtləndirəcəyini deyib.
Qeyd edək ki, "Lion" ilk görüşdə "Yuventus"u 1:0 hesabı ilə yenib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol