"Barselona"nın hücumçusu Lionel Messinin kuzeni, Paraqvayın "Rubio Nyu" klubunun futbolçusu Maksimiliano Byankukki Leo haqda maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, Byankukki Messinin uşaqlıq illərini xatırlayıb:
"Leo ilə həyətdə oynayardıq. Biz daha böyük və daha güclü idik. Uşaqlar qışqırardılar: "Messini oyundan çıxarın, yoxsa onu öldürəcəyik". Leonu döymək istəyirdilər, o isə dözürdü.
Messinin 8-9 yaşı olanda, şənbə günləri sırf onun oyunlarını, edəcəyi qeyri-adi şeyləri izləmək üçün erkən yuxudan durardım. Adam gördüklərinə inana bilmirdi".
Byankukkinin sözlərinə görə, Leonun karyerasının sonlarını Argentinada keçirmək ehtimalı azdı:
"O, Argentina köklərinə sahibdi. İnsanların çoxu Leonun ölkəsini necə sevdiyini başa düşmürlər. Onu ispaniyalı kimi görürlər. Amma Messi daha çox Argentina dəyərlərinə sahibdi. Tətilləri burada keçirir, Rosarioda evlənib...
Ölkə təhlükəsiz olsaydı, Leonun karyerasını Argentinada bitirəcəyinə şübhə etməzdm. Bu barədə onunla danışmamışam. Sadəcə, buradakı təhlükəli vəziyyətin Messinin həyatına təsirsiz ötüşməyəcəyi aydın məsələdi.
Messinin "Nyuells Old Boyz"a qayıdışı çətin məsələdi. Uşaqları məktəbə getməlidilər. Bu şəhər cəhənnəmdi".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol