UEFA prezidenti Aleksander Çeferin "beIN Sports"a açıqlamasında qurumun Avropada futbol mövsümünün sonu ilə bağlı tədbirlər planının hazır olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, Çeferin mövsümün erkən başa çatdığı çempionatları təmsil edən klubların avrokuboklarda iştirakını istisna etməyib:
"Avropada mövsümün sonu ilə bağlı konkret planımız var. Düşünürəm ki, əksər çempionatlar mövsümün sonuna kimi oynanılacaq. Erkən başa çatan liqaların təmsilçiləri UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak etməkdə maraqlıdılarsa, hamı kimi, təsnifat mərhələlərindən mübarizəyə qoşula bilərlər".
Sloveniyalı funksionerin sözlərinə görə, hər şey qaydasına getsə, avrokuboklarda mövsüm avqust ayında başa çatacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol