"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk "Futbol" telekanalına müsahibəsində gələcək karyerası ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis Çempionlar Liqasında mübarizə aparan klubda işləmək istədiyini bildirib:
"Əlbəttə, Ukraynada işləməyə hazıram. Amma iddialı, hədəfi avrokuboklarda oynamaq olan klublarda çalışmaq fikrim var. Uzun müddətdi ki, öz komandamla Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirəm. Bu, mənim xəyalımdı".
Qriqorçuk 2014-2018-ci illər aralığında "Qəbələ"ni çalışdırıb. Onun sonuncu iş yeri Qazaxıstanın "Astana" klubu olub.
Fanat.Az