Şotlandiya çempionatında mövsümün erkən başa çatdırılması qərara alınıb.
Fanat.Az xəbər verir ki, Premyerşip rəhbərliyi və klublar arasında keçirilən iclasda hazırkı vəziyyətdə çempionatın davam etdirilməsinin mümkünsüz olduğu bildirilib.
Turnir cədvəlinin son vəziyyəti əsas götürülüb. Beləliklə, çempionat dayandırılan ərəfədə ən yaxın izləyicisi - "Reyncers"i 13 xal qabaqlayan lider "Seltik" çempion elan edilib. Sonuncu sırada qərarlaşan "Harts" klubunun isə ikinci diviziona düşməsi qərara alınıb.
Daha öncə Fransa, Niderland və Belçikada futbol mövsümü vaxtından əvvəl bitmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol