"İnter" 2006-cı ildə Lionel Messinin təzminat məbləğini ödəyərək onu heyətinə qatmaq istəyirmiş.
Fanat.Az "Sportskeeda"ya istinadən xəbər verir ki, bu barədə "Barselona"nın keçmiş prezidenti Joan Laporta məlumat verib. Funksionerin sözlərinə görə, Leonun "Barsa"da qalmasında funskionerin futbolçunun atası ilə olan münasibətləri önəmli rol oynayıb:
"İnter"in 2006-cı ildə bizə təklif göndərdiyi doğrudu. Onlar Messinin 150 milyon avro dəyərində olan təzminat məbləğini ödəməyə hazır idilər. Ona görə də sonradan biz satınalma opsiyasında göstərilən rəqəmi 250 milyona qaldırdıq. Amma mən həmişə Messinin atası ilə münasibətlərimdən əmin olmuşam.
Onun atası ilə söhbətimdə demişdim: "Mən Leonu satmaq istəmirəm. "İnter" onu almaq niyyətindədisə, təzminatın tamamını ödəməli olacaq. Messi burada həm xoşbəxt, həm də məşhur olacaq. Orada isə o, sadəcə, maliyyə planında irəli gedəcək. Sənin oğlun tarixin ən böyük futbolçusu ola bilər. "Barselona" ona bu mənada yardımçı olacaq klubdu".
Messi "Barselona"nın yetirməsidi. Argentinalı oyunçu 2004-cü ildə əsas komandanın heyətində debüt edib. O, "blauqrana" ilə birlikdə 34 titul qazanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol