"Barselona" abonement sahiblərinə pullarını qaytarmaq niyyətində deyil.
Fanat.Az "Ara" qəzetinə istinadən xəbər verir ki, "Barselona"nın qalan ev oyunlarını izləmək imkanından məhrum olan azarkeşlər təxminən 300 avro itirəcəklər. Klubun ortalama abonementlərinin dəyəri 1000 avro təşkil edir.
Maddi sıxıntılarla üzləşən "katalonlar"ın mövsümlük bilet sahiblərinin itkisini kompensasiya etmək fikrində olmadığı, ən yaxşı halda klubun məsələ ilə bağlı sponsorlara müraciət edəcəyi bildirilir.
La Liqanın iyun ayında bərpa ediləcəyi gözlənilsə də, koronavirus pandemiyası səbəbindən azarkeşlər stadionlara buraxılmayacaqlar.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol