"Yuta"nın sabiq baş məşqçisi Cerri Sloun 79 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə "Yuta"nın mətbuat xidməti məlumat yayıb. 2016-cı ildə Slouna Parkinson xəstəliyi və demensiya diaqnozu qoyulmuşdu.
Cerri NBA tarixinin ən yaxşı məşqçilərindən biri hesab olunur. O, 23 il (1988-2011) "Yuta"nı çalışdırıb və komandanı iki dəfə (1997, 1998) NBA finalına çıxarıb. Slounun rəhbərliyi altında "Caz" 1223 qələbə qazanıb.
Sloun oyunçu kimi iki dəfə (1967, 1969) NBA "Ulduzlar oyunu"nun iştirakçısı olub. 1978-ci ildə onun 4 nömrəli forması "Çikaqo" tərəfindən əbədiləşdirilib.
2009-cu ildə Sloun basketbolun Şöhrətlər zalına daxil edilmişdi.
Fanat.Az