Xəbər verdiyimiz kimi, sloveniyalı FIFA hakimi Slavko Vinçiç Bosniya və Herseqovina polisi tərəfindən həbs olunub. 41 yaşlı referi polisin fahişəxanada keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onunla birlikdə 9 qadın və 26 kişi həbs olunub.
Saxlanılanlar eyni zamanda narkotik maddədən istifadə və silah saxlamaqda ittiham olunub. Slavko Vinçiç ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Bosniya və Herseqovina polisinin basqını fahişəlikdə şübhəli bilinən Tiyana Aifon kimi tanınan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.
Artıq məşhur hakimin polisə verdiyi ifadə ortaya çıxıb. Referi həmin evə "iş görüşməsi" üçün getdiyini bildirib: "Polis bizi şahidlərin iştirakı ilə həbs etdi. Mən ora gedəndə nə baş verdiyini bilmirdim. Hər şey kabus kimi idi. Çox çətin zaman keçirdim. Yatmaq istəyirəm. O evə getməyim və baş verənlər çox qəribə idi. Orda heç nə etmədim. Əyləncə məclisi deyildi. Silahları da polis basqınından sonra gördüm... İş barədə danışırdıq. Birdən polislər içəri girdi".
FİFA referisinin vəkili Vlado Sayn isə açıqlamasında bunları deyib: "Polisdən aldığımız məlumata görə, Slavko Vinçiç bu hadisənin şübhəlilərindən biri deyil. Ona qarşı heç bir iddia qaldırılmayıb. Yanlış zamanda yanlış yerdə olub. İş görüşməsinə getdiyi biri onu evə dəvət edib. Getdiyi zaman orda məclisin olduğunu və çox sayda adamın yığışdığını görüb. İfadəsi alınan digər şəxslər Slavko Vinçiçi tanımadıqlarını bildiriblər. 15 nəfər tutulub. Digərləri polis nəzarətinə buraxılıb. Slavko Vinçiç sərbəstdi və Sloveniyaya dönüb. Bütün bunlar şanssız bir təsadüfdü".
Qeyd edək ki, Vinçiç bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasında pley-off matçını idarə edib.
Polis əməliyyatının keçirrilməsinə səbəb olan Tiyana Aifon ləqəbli Tiyana Maksimoviçin fotolarını təqdim edirik: