Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Fanat.Az xəbər verir ki, dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.
Komplekslə tanışlıqdan sonra İlham Əliyev bir qrup idmançı ilə görüşüb.