Lionel Messi ilə birlikdə oynamaq istəyərdin, yoxsa Kriştianu Ronaldu ilə? - ənənəvi sual bu səfər "Bavariya"nın hücumçusu Tomas Müllerə ünvanlanıb.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, alman futbolçu cavabında qeyd edib:
"Karyeramın son illərində Lionel Messi ilə oynamaq istəyərdim. Hazırda yaxşı formadayam və çox assist edirəm. Yəqin ki, indi Kriştianu Ronaldu ilə birlikdə oynamaq daha yaxşı olardı. Amma "Bavariya"da Robert Levandovski kimi komanda yoldaşım var. Məncə, o, bu mənada daha yaxşı variantdı.
Həm Messiyə, həm də Ronalduya qarşı oynamışam. Bəzən qələbə qazanmışıq, bəzən məğlub olmuşuq. Onlar xüsusidilər, adi futbolçulara bənzəmirlər. Messi və Ronaldu həmişə maksimum güclərini meydanda nümayiş etdirdikləri üçün digərlərindən seçilirlər".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol