"Atletiko"nun hücumçusu Dieqo Kosta vergidən yayındığına görə 543 min avro dəyərində cərimələnib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, məhkəmə Kostanı 6 aylıq həbs cəzasına məhkum edib. Lakin İspaniyada iki ildən az müddətə azadlıqdan məhrumetmə cərimə ilə əvəz edilə bilər. Beləliklə, 31 yaşlı futbolçu 543 min 208 avro cərimə ödəməli olacaq.
Kosta artıq vergi borclarını bağlayıb. İspan oyunçu imic hüquqlarından qazandığı 1,37 milyon avro dəyərində gəliri vergidən yayındırmaqda ittiham olunurdu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol