AFFA İntizam Komitəsi "Sumqayıt"ın kapitanı Samir Abbasovla bağlı yeni qərar qəbul edib. Fanat.az xəbər verir ki, komitə futbolçunun cəzasını ləğv edib.
Belə ki, Apellyasiya və Ekspert Komitəsi "Sumqayıt"ın müraciətinə əsasən "Bakı" matçında hakimi söydüyünə görə 4 oyunluq cəzalanan Abbasovüun işinə yenidən baxılması üçün İntizam Komitəsinə tapşırıq verib. İntizam Komitəsi aparılmış araşdırılmalar və daxil olmuş yeni faktları əsas gətirərək futbolçuya verilmiş cəzanı ləğv edib.
Qeyd edək ki, Samir "Bakı" ilə oyundan əvvəl "Neftçi" matçında da hakimi söymüş və 4 oyunluq cəzalanmışdı. "Bakı", "İnter" matçlarını buraxan kapitan XVIII turun "Xəzər Lənkəran" və XIX turun "Qəbələ" ilə oyunlarını da kənardan izləyəcək.
Fanat.az