"Roma" "Mançester Yunayted"dən icarəyə götürdüyü Kris Smollinqin icarə müqaviləsini yeniləməkdə qərarlıdı.
Fanat.Az Corriere dello Sport-a istinadən xəbər verir ki, yeni anlaşma romalılara 3 milyon avroya başa gələcək və 2021-ci ilin yayında "canavarlar" 12-15 milyon avro ödəyərək Smollinqin transfer hüququna yiyələnəcək.
"Roma"ya ötən ilin yayında gələn müdafiəçinin MY ilə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək. Smollinq bu mövsüm "Roma"nın formasıyla bütün turnirlərdə 28 matça çıxıb. O, 2 qol, məhsuldar ötürmə və 3 sarı vərəqə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol