"Fiorentina"nın yarımmüdafiəçisi Federiko Kyeza karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" (Deyli Meyl) yayıb.
Mənbə 22 yaşlı italiyalının xidmətində iki Premyer Liqa nəhənginin - "Mançester Yunayted" və "Çelsi"nin maraqlı olduğunu bildirib. Xəbərdə Florensiya təmsilçisinin Federikonu yaxşı məbləğ qarşılığında satmağın əleyhinə olmadığı da vurğulanıb.
Sözügedən futbolçu "Fiorentina"nın öz yetirməsidi. O, məşhur futbol veteranı Enriko Kyezanın oğludu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol