12:50 08.06.2020 896

"Barsa" "Yuve" ilə finalda Məhəmməd Əliyə bənzəyirdi: kəpənək kimi uçur, arı kimi sancırdıq" - Dani Alves

"Barselona"nın keçmiş cinah müdafiəçisi, hazırda "San-Paulu"da çıxış edən Dani Alves "katalonlar"ın 2015-ci ildə "Yuventus"la oynadığı Çempionlar Liqası finalı ilə bağlı xatirələrini bölüşüb.

Fanat.Az xəbər verir ki, Alves UEFA-nın saytına müsahibəsində qeyd edib:

"Finalla bağlı, demək olar ki, hər şeyi xatırlayıram. Onsuz da, uzaq keçmişdən bəhs etmirik. Xüsusi və bir o qədər də çətin anlar idi. İnsanlar trebl edəcəyimizə inanmırdılar, sırf bizi dayandırmalarını istədikləri üçün rəqiblərimizi dəstəkləyənlər var idi. Bunu yaxşı bilirdik. Belə şeylərə əvvəlcədən hazırlıqlı olanda neqativlə üzləşmək mümkünsüzə çevrilir. Həmişə hazırlıqlı olmaq - bu, "Barsa"nın finallardakı sirridi.

Atmosfer və azarkeşlərin dəstəyi inanılmaz idi. Həqiqətən də, hədəfə fokuslanmışdıq. Finala çıxanda bütün pis situasiyaların geridə qaldığını bilirsən, əyləncə zamanı çatır - "Barsa" ilə bağlı sevdiyim şey budu. Zövq almağa başladınsa, rəqibin gücünü, qalib gəlmək şansını filan unudursan.

Fiziki baxımdan güclü rəqibə qarşı oynayırdıq. Qələbə qazanmaq üçün topu özümüzdə saxlamalı olduğumuzu bilirdik. Rəqibin nə qədər güclü olmasının önəmi yoxdu, topu təqib etməyə başladılarsa, bir yerdən sonra yorulurlar. Onların gücdən düşdüyü anda sənin hücum etmək vaxtın çatır. Biz Məhəmməd Əliyə bənzəyirdik: kəpənək kimi uçur, arı kimi sancırdıq. Məncə, qalib olmağa layiq idik. Yenidən trebl etdiyimiz üçün çempionluğu ən yaxşı şəkildə qeyd etmişdik.

Rakitiçin oyunun əvvəlində vurduğu qol həyati önəm daşıyırdı. Belə matçlarda psixoloji faktor fiziki amilin də önünə keçir. Onsuz da, özlüyündə dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşdığını düşünürsən və üstəlik, rəqibin ilk dəqiqələrdə önə keçir... Bu, yanaşmanıza təsirsiz ötüşmür. Bununla belə, mən indiyə kimi finallarda hansısa komandanın qalib gəlmək şansının sıfır olduğunu görməmişəm. Ona görə də ayıq olmalıydıq. "Yuventus"la görüşdə və ya "Uembli"də "Mançester Yunayted"lə oyunda qol buraxan kimi təşvişə düşürsən. İmprovizasiya üçün vaxt olmadığından, oyun planını da dəyişə bilmirsən.

Moratanın bərabərlik qoluna rəğmən, biz eyni komanda ruhu ilə oyuna davam etdik. Özümüzə deyirdik: "Narahatlığa əsas yoxdu, haydı, uşaqlar, davam". Bir-birimizə cəsarət verirdik. Əks halda, paltardəyişmə otağına məyus yollandınızsa, işiniz bitir".

Qeyd edək ki, "Barsa" "Yuventus"u 3:1 hesabı ilə məğlub edərək ÇL tituluna sahib çıxmışdı.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X