CIES Futbol Araşdırmaları Mərkəzi dünyanın ən bahalı futbolçularının reytinqini dərc edib.
Fanat.Az xəbər verir ki, siyahıda ancaq Avropanın top-5 liqasını təmsil edən oyunçular yer alıb. Futbolçuların transfer dəyərləri CIES-in öz metodikası ilə müəyyənləşdirilib.
PSJ-nin hücumçusu Kilian Mbappe sıralamaya başçılıq edir. Onun transfer dəyəri 259,2 milyon avro təşkil edir. "Mançester Siti"nin vinqeri Rahim Sterlinq (194,7 milyon avro) ikinci, onun həmyerlisi, Dortmund "Borussiya"sının üzvü Ceydon Sanço (179,1 milyon avro) isə üçüncüdü.
"Barselona"nın hücumçusu Lionel Messi (100,1 milyon avro) reytinqdə 21-ci olub. "Yuventus"un forvardı Kriştianu Ronaldu (62,8 milyon avro) 70-ci sırada qərarlaşıb.
"İlk onluq" belədi:
1. Kilian Mbappe (PSJ) - 259,2 milyon avro
2. Rahim Sterlinq ("Mançester Siti") - 194,7 milyon avro
3. Ceydon Sanço (Dortmund "Borussiya"sı) - 179,1 milyon avro
4. Trent Aleksander-Arnold ("Liverpul") - 171,1 milyon avro
5. Markus Reşford ("Mançester Yunayted") - 152,3 milyon avro
6. Məhəmməd Salah ("Liverpul") - 144,9 milyon avro
7. Sadio Mane ("Liverpul") - 139,2 milyon avro
8. Antuan Qrizmann ("Barselona") - 136,4 milyon avro
9. Alfonso Deyvis ("Bavariya") - 133,5 milyon avro
10. Harri Keyn ("Tottenhem") - 118,7 milyon avro
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol