"Stok Siti"nin baş məşqçisi Maykl O'Nildə koronavirus aşkarlanıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, O'Nilin analizinin nəticəsi müsbət çıxıb. 50 yaşlı mütəxəssis daha öncə beş dəfə koronavirus testindən keçmiş və onların hamısının nəticəsi mənfi olmuşdu.
O'Nil bir müddət özünütəcrid rejiminə əməl etməli olacaq. O, məşqçilər korpusu və futbolçularla onlayn formada əlaqə saxlayacaq. Bu periodda komandanı oyunlara köməkçi-məşqçi Billi Makkinley hazırlaşdıracaq.
Çempionşip 20 iyunda bərpa olunacaq. "Stok Siti" həmin gün "Redinq"in qonağı olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol