İtaliya Kuboku ilə bağlı yeni qərar qəbul edilib.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, cari mövsümdə İtaliya Kubokunda əlavə vaxt oynanılmayacaq. Əlavə yüklənmələrin və mümkün zədələrin qarşısını almaq üçün bu addım atılıb.
"Qonaq qolu" qaydası qüvvədə qalacaq. İki oyunun nəticəsinə görə bərabərlik qeydə alınarsa, qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçiləcək.
12-13 iyunda İtaliya Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri oynanılacaq. "Yuventus" "Milan"ı (ilk görüş - 1:1), "Napoli" isə "İnter"i (ilk görüş - 1:0) qəbul edəcək. Final matçı 17 iyuna təyin olunub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol