Pandemiya məşhur futbolçu Kriştianu Ronaldunun istirahətinə mane ola bilməyib.
Fanat.Az xəbər verir ki, o, 26 yaşlı sevgilisi Corcina Rodriges, anası Maria Dolores dos Santos Aveyro və 4 övladı ilə birlikdə istirahətə yollanıb. Onlar birlikdə futbolçunun vətəni Portuqaliyaya gediblər.
Cütlük istirahətləri ilə bağlı heç bir paylaşım etməsə də, getdikləri restoranlardan birində onların fotoları yayımlanıb. "Instagram"da paylaşılan şəkil qısa zamanda sosial mediada və saytlarda yayılıb.
Cütlük daha sonra Portuqaliyanın ən bahalı ərazisi olan Kinta-da-Marinya əyalətindəki evinin tikintisinə baxmaya gedib.
Ronaldu və Corcina şəxsi təyyarə ilə uçub.