"Barselona"nın sabiq hücumçusu Samuel Eto’O Xavinin "Barselona"ya mümkün təyinatı barədə danışıb.
Fanat.Az xəbər verir ki, kamerunlu futbolçu "Catalunya" radiosuna açıqlamasında qeyd edib:
"Xavi istənilən halda "Barsa"ya qayıtmalıdı. Bunu onun özünə də söyləmişəm. Ona dedim ki, "futbolun Allahı" (Messini nəzərdə tutur - Fanat.Az) "Barselona"da olduğu müddətdə mütləq bunu etməlisən. Onlar birlikdə oynayıblar və Leo ilə işləmək Xavi üçün daha asan olacaq".
Xavi hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdırır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol