"Mançester Yunayted" əfsanəsi Rayan Giqqz illər əvvəl sabiq komanda yoldaşı Kriştianu Ronaldu ilə arasında baş verən hadisəni danışıb.
Fanat.Az xəbər verir ki, Giqqz "The Official Manchester United" podyayımına açıqlamasında qeyd edib:
"Bir dəfə Ronaldu səhər yeməyi zamanı "Coca-Cola" içirdi. Ona dedim: "Biz burada belə etmirik". Ronaldunun cavabı gecikmədi. Bir neçə gün sonra keçirilən oyunlardan birində het-trik etdi və mənə yaxınlaşaraq dedi: "Giqqzi, mən istədiyimi içirəm".
Ronaldu 2003-2009-cu illər aralığında MY-də çıxış edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol