İngiltərə Futbol Assosiasiyası (FA) "Tottenhem"in yarımmüdafiəçisi Dele Allini diskriminasiya xarakterli videolara görə cəzalandırıb.
Fanat.Az "Tottenhem"in saytına istinadən xəbər verir ki, Alli biroyunluq diskvalifika olunmaqla yanaşı, 50 min funt dəyərində cərimələnib. İngilis futbolçu fərdi təlim kursundan keçməli olacaq.
Alli fevral ayının əvvəllərində Londonun Hitrou hava limanında çəkdiyi videonu "Snapchat" vasitəsilə yayımlamışdı. Aeroportda maska ilə oturan 24 yaşlı futbolçu videonun üzərində qeyd etmişdi: "Korona? Nəəə? Səsə qulaq asın". Arxa planda isə Asiya ləhcəsi ilə danışan insanlar göstərilmişdi. Bu, Allinin son belə videosu deyildi. O, daha sonra da belə görüntülər paylaşmışdı.
Premyer Liqanın bərpasından sonra "Tottenhem" ilk matçını 19 iyunda "Mançester Yunayted"ə qarşı keçirəcək. Alli sözügedən oyunu buraxacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol