"Breşiya" Mario Balotelli və onun meneceri Mino Rayolanı məhkəməyə verməyə hazırlaşır.
Rayola daha öncə "Breşiya"nı ayrıseçkilikdə günahlandırmışdı. Menecerin dediyinə görə, A Seriyasının hər bir oyunçunun yoxlanılması ilə bağlı qoyduğu tələbə baxmayaraq, klub Balotellini koronavirus testindən keçirməyib. 29 yaşlı futbolçu menecerinin sözlərini təsdiqləyib.
Fanat.Az xəbər verir, "Breşiya" böhtan iddiası ilə Balotelli və Rayolanı məhkəməyə verəcəyinə dair bəyanat yayıb. Daha əvvəl klub hücumçunun müqaviləsinə xitam versə də, o, bununla razılaşmamışdı. Səbəb kimi Balonun məcburi olan fiziki testlərdən imtina etməsi göstərilmişdi. Qana əsilli oyunçu isə xəstəlik səbəbindən məşqlərə gəlmədiyini və hətta bu barədə kluba sənəd göndərdiyini bildirmişdi.
Balotelli 2019-cu ilin yayından "Breşiya"da çıxış edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol