"Barselona" Lionel Messi ilə yeni müqavilənin bütün detallarını, demək olar ki, razılaşdırıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Messi katalon klubundakı karyerasını davam etdirmək qərarına gəlib. Sözləşmə "1+1" sxemi üzrə olmaq şərti ilə 2023-cü ilə kimi nəzərdə tutulacaq.
32 yaşlı futbolçunun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır. Argentinalı oyunçu kontrakt ilindən öncə gələcəyi ilə bağlı məsələləri qətiləşdirmək niyyətindədi.
Leo 2000-ci ildən "Barselona" akademiyasının, 2003-cü ildən isə əsas komandanın üzvüdü.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol