"Çelsi" "Layptsiq"in hücumçusu Timo Vernerin transferini rəsmən açıqlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Vernerin müqaviləsi 5 il müddətinə nəzərdə tutulub. 24 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra iyul ayında "Çelsi"yə qoşulacaq.
Transfer "zadəganlar"a 47,5 milyon funta başa gəlib. Verner yeni iş yerində həftəlik 170 min funt qazanacaq.
Cari mövsümdə Bundesliqada 32 matçda meydana çıxan alman forvardın aktivində 26 qol, 8 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol