"Barselona"da müxtəlif məşqçi postlarını tutmuş Xuan Karlos Unsue bu gün mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, Unsue yan amiotrofik skleroz (YAS, ingiliscə ALS - Fanat.Az) xəstəliyinə yoluxduğunu açıqlayıb. 53 yaşlı mütəxəssis qeyd edib:
"Məndə yan amiotrofik skleroz xəstəliyi aşkarlanıb. Həkimlərin dediyinə görə, dörd il ömrüm qalıb.
İspaniyada 4 minə yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Hər gün sıralarımıza yeni xəstələr əlavə olunur. Bir çox həmkarımızı bu xəstəlikdən itirmişik. Mən məyus deyiləm və gələcəkdə baş verəcəklərə görə qorxmuram. Xəstəliyə qarşı bütün gücümlə mübarizə aparacam".
Yan amiotrofik skleroz xəstəliyi — nevroloji xəstəlik olub, proqressiya edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır. YAS-ın hazırda müalicəsi yoxdu.
Unsue Frank Raykard və Pep Quardiolanın dönəmində "Barselona"da qapıçıların məşqçisi kimi çalışıb. O, 2014-2017-ci illər aralığında katalon klubunda Luis Enrikenin köməkçi-məşqçisi postunu tutub. Unsuenin son iş yeri "Jirona" olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol