"Mundo Deportivo" nəşri İspaniya La Liqasında geridə qalan 29-cu turun rəmzi heyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, heyətdə ən çox (3) "Atletiko" futbolçuları yer alıb. "11-lik"də "Real"ın oyunçuları yoxdu. "Barselona"nın hücumçusu Lionel Messi isə heyətə daxil edilib.
"Mundo Deportivo"nun versiyasına görə, La Liqada 29-cu turun rəmzi heyəti:
Qapıçı: Xordi Masip ("Valyadolid");
Müdafiəçilər: Martin Aqirreqaribiya ("Alaves"), Kleman Lanqle ("Barselona"), Leandro Kabrera ("Espanyol");
Yarımmüdafiəçilər: Samuel Çukvueze ("Vilyarreal"), Ektor Errera ("Atletiko"), Markos Lyorente ("Atletiko"), Serxio Kanales ("Betis");
Hücumçular: Joau Feliş ("Atletiko"), Lionel Messi ("Barselona"), Xoselu ("Alaves").
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol