Maks Kruze "Fənərbağça" ilə olan müqaviləsini birtərəfli qaydada ləğv edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Fənərbağça"nın saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunub:
"Komandamızın oyunçularından biri - Maks Kruze birtərəfli qaydada müqaviləyə xitam verdiyini bildirdi. Pandemiyadan əvvəlki periodla bağlı klubumuzun futbolçu qarşısında hansısa öhdəliyi qalmayıb. Karantin zamanı isə o, ödəniş şərtlərini müzakirə etməkdən imtina etmişdi. Kruzenin əməkdaşlığa xitam verməsi haqsız və əsassız qərardı. Bu məsələ ilə bağlı İdman Məhkəməsinə müraciət edəcəyik və klubumuzun maraqlarını qorumaq üçün səylərimizi əsirgəməyəcəyik".
32 yaşlı futbolçu cari mövsümdə 20 matçda meydana çıxıb, 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol