Leroy Sanenin mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı dəqiqləşib.
Fanat.Az idman jurnalisti Fabritsio Romanonun "Twitter" hesabına istinadən xəbər verir ki, Sane "şəhərlilər"lə müqavilə yeniləmək niyyətində deyil. Bu barədə məlumatı baş məşqçi Pep Quardiola təsdiqləyib. Katalon mütəxəssis qeyd edib:
"Leroy Sane bizə müqaviləsini uzatmaq istəmədiyini dedi. O, başqa klubda oynamaq istəyir".
Romanonun iddiasına görə, "Bavariya" 24 yaşlı futbolçu ilə transferin şəxsi detallarını razılaşdırıb. Hazırda "münhenlilər" keçidin qiymətini dəqiqləşdirmək üçün "Siti" ilə danışıqlar aparır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol