"Barselona"nın müdafiəçisi Jerar Pike "Sevilya" ilə oyunun (0:0) yekunlarını dəyərləndirib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Pike çempionluğun taleyinin artıq "Barselona"nın əlində olmadığını bildirib:
"Bu mövsüm çempionatı qalib kimi tamamlamaq çətin olacaq. Artıq hər şey bizdən asılı deyil. "Real" asanlıqla xal itirməyəcək.
Yenə təkrar edirəm: artıq hər şey öz əlimizdə deyil. Amma "Sevilya" ilə oyuna dair təəsssüratlar pis deyil. Oyun bərabərliklə yekunlaşsa da, üstün tərəf biz idik. İki xal itirdik deyə düşünürəm".
Qeyd edək ki, hazırda lider "Barsa" ilə ikinci "Real" arasındakı fərq üç xala bərabərdi. Madrid klubunun ehtiyatda "Real Sosyedad"la oyunu var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol