19:09 17.05.2013 1070

UEFA-dan “İnter”ə zərbə

«İnter» 2013-2014-cü il mövsümündə Avropa Liqasındakı rəqiblərini «Şəfa» stadionunda qəbul etməyə bilər.

Fanat.az xəbər verir ki, bu barədə a klubun prezidenti Georgi Nikolov məlumat verib.

O bildirib ki, stadion ətrafında yol ötürücüsünün inşası ilə əlaqədar «İnter»in ev oyunlarını «Şəfa»da keçirməsi böyük sual altına düşüb: «Stadion, tribunalardakı tamaşaçı sayı, meydanın örtüyü və paltardəyişmə otaqları UEFA-nın tələblərinə tam cavab verir. Yeganə problem nəqliyyat sistemi ilə bağlıdı. Yəni, stadion ətrafında maşınların saxlanılması üçün imkan yoxdu. Ona görə də tam mümkündü ki, UEFA ev oyunlarımızı «Şəfa»da keçirməyə icazə verməsin. Yəqin ki, bu məsələyə iyunda tam aydınlıq gələcək».

Nikolovun sözlərinə görə, bu yaxınlarda «Şəfa» stadionuna UEFA və ya AFFA komissiyası baxış keçirəcək. Klub prezidenti doğma arenada oynaya biləcəklərinə ümid etdiyini bildirib: «Ötən mövsüm «İnter» Avropa Liqasında Estoniya «Trans»ı ilə 2-ci təsnifat mərhələsindəki səfər görüşünü Tallindən aralıda yerləşən Rakvere qəsəbəsində kiçik stadionda keçirdi. Stadion beynəlxalq tələblərə cavab verməsə də, oynamağa icazə verildi. İndi də rəqiblərimizi «Şəfa»da qəbul edəcəyimizə ümid edirəm. Hər halda «Ümid sonda ölür» deyiblər».

«Şəfa» variantı alınmasa, Nikolov «İnter»in rəqiblərini AFFA-nın balansında olan stadionlardan birində qəbul edəcəyini söyləyib. O, artıq federasiya rəhbərliyi ilə bu barədə söhbətinin olduğunu da deyib: «Ev oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək fikrimiz yoxdu. «Şəfa»da oynamasaq, «Bakcell Arena», «Bayıl Arena» və ya «Dalğa Arena» arasında seçim edəcəyik».

Qeyd edək ki, Avropa kuboklarında növbəti mövsümün püşkü iyunun 24-də atılacaq. Avropa Liqasında mübarizəyə isə iyulun 4-də start veriləcək. «İnter» öz balansındakı «Şəfa» stadionunda indiyədək qitə miqyaslı oyun keçirməyib. Əvəzində bu komandanın sələfi «Xəzər Universiteti» sonuncu dəfə 2004-cü il iyulun 10-da artıq mövcud olmayan İntertoto Kubokunun II mərhələsində Finlandiya «Tampere»sinə məhz «Şəfa»da 0:1 hesabı ilə uduzub. Bu arenadan sonuncu dəfə isə artıq fəaliyyətini dayandırmış «Karvan» yararlanıb. 2006-cı il avqustun 10-da keçirilmiş UEFA Kubokunun II təsnifat mərhələsinin ilk görüşündə «Karvan» Çexiya «Slaviya»sına uduzub – 0:2. Hər iki oyun «Şəfa»da təbii ot örtüyünün mövcud olduğu illərə təsadüf edib.

Süni örtük qoyulduqdan sonra tələblərə cavab vermədiyi üçün beynəlxalq oyunlar keçirməyə uzun müddət qadağa qoyulub. Yalnız ötən il FİFA-nın tələblərinə uyğun süni örtük döşəndikdən sonra 17 yaşadək qızlar arasında dünya çempionatının bir neçə oyunu «Şəfa»da baş tutub.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

Facebookdan bizi izləməyi unutmayın.
X