Vanhenq Menayotin karyerasını bitirdiyini açıqlayıb.
Ən yüngül çəki dərəcəsində WBC çempionu Menayotin peşəkar rinqdə keçirdiyi 54 görüşün hamısından qalib ayrılıb. Fanat.Az "TalkSport"a istinadən xəbər verir ki, tailandlı boksçu artıq rəsmi şəkildə məğlubiyyətsizlik rekordunun sahibidi. O, formal olaraq, Floyd Meyvezerə məxsus rekordu (50-0) 2018-ci ilin avqustunda qırmışdı.
34 yaşlı boksçu açıqlamasında qeyd edib: "Artıq dayanmaq vaxtıdı. Bunun mənim üçün doğru qərar olduğunu anladım. Özümü yaxşı tanıyıram. Heç kim bədənimi məndən yaxşı bilə bilməz. Boksdan gedirəm. Hamıya pul lazımdı, amma artıq bədənimə istirahət vermək istəyirəm. Məni dəstəkləyən hər kəsi təbrik edirəm. Mənə verdiyiniz gücə görə hamınıza minnətdaram".
Menayotin 2014-cü ilin noyabrında Osvaldo Novoanı məğlub etdikdən sonra WBC versiyası üzrə çempionluğunu elan etmişdi. O, bütün döyüşlərini öz vətənində keçirib.
Fanat.Az