"Napoli"nin müdafiəçisi Kalidu Kulibali karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Liverpul" Kulibalini transfer etməyə çalışır.
"Mersisaydlılar" Seneqal millisinin üzvünə görə 60 milyon avro ödəməyə hazırdı. Lakin "Napoli"nin 100 milyon avro tələb etdiyi bildirilir. "Liverpul"la yanaşı, "Mançester Yunayted" və PSJ də Kulibalinin xidmətində maraqlıdı.
29 yaşlı futbolçu 2014-cü ildən "Napoli"də çıxış edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol