Türkiyə futbolunda aşırı biabırçılıq - FOTOLAR+VİDEO
Türkiyə Superliqasının 28-ci turunda dünən keçirilən "Alanyaspor” – "Trabzonspor” oyunundan (2:2) sonra qalmaqal yaşanıb.
Fanat.Az xəbər verir ki, çempionluğa oynayan "Trabzonspor”un xal itirdiyi görüşün son dəqiqələrində meydan sahibləri hesaba tarazlıq gətirib. Yenilgidən qurtulmağın sevincini yaşayan antalyalılar matça tribunadan baxan "Trabzonspor" rəhbərliyinin təpkisi ilə qarşılaşıb. Narazılığın böyüməsi nəticəsində tərəflərin rəsmiləri tribunada dalaşıb.
Ardından isə qonaqların prezidenti Ahmet Ağaoğlu və ətrafındakılar meydana girərək rəqib klubun işçilərinə hücum çəkib. Davanı polisin müdaxiləsiylə dayandırmaq mümkün olub.
Qeyd edək ki, bu xal itkisindən sonra "Trabzonspor" zirvədən qopub.