İspaniya La Liqasının rəhbərliyi koronavirus pandemiyası ilə mübarizə kontekstində yenilənmiş tibbi tənzimləmələr toplusu hazırlayıb.
Fanat.Az "Yahoo Sports"a istinadən xəbər verir ki, layihənin əsas məqsədi azakeşlərin stadionlara qismən qaytarılmasıdı. Matçlarda iştirak üçün insanlar məcburi qeydiyyat prosedurundan keçməli olacaqlar.
Azarkeşlər stadionlara kiçik qruplar halında daxil olacaqlar. Temperaturu 37,5 dərəcədən yüksək olan şəxslər tribunalara buraxılmayacaqlar. Fanatlardan stadionlarda maska taxmaq tələb ediləcək. Oyunlardan əvvəl onlara styuardlar tərəfindən iki şüşə su veriləcək.
La Liqa prezidenti Xavyer Tebas mövsüm bitməmiş planını həyata keçirmək istəyir. Bununla belə, yekun qərarı hökumət verəcək.
"10-15 gün ərzində, azarkeşlərin stadionlara qayıdışı ilə bağlı hökumət nümayəndələri ilə razılığa gələcəyimizi gözləyirik. Təbii ki, bütün stadiondan söhbət gedə bilməz. Tribunaların 10-15%-ni doldura bilsək, çox xoşbəxt olarıq", - deyə Tebas bildirib.
İspaniya dünyada koronavirus pandemiyasının ən çox zərər vurduğu yerlərdən biridi. Son məlumatlara görə, ölkədə 293 min 584 nəfər COVID-19-a yoluxub. Onlardan 28 min 324-ü dünyasını dəyişib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol