Tiaqo Alkantaranın "Bavariya"dakı gələcəyi hələ də sual altındadı.
Fanat.Az "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, Tiaqo karyerasını "Liverpul"da davam etdirmək istəyir. "Bavariya" daxilində bu barədə söz-söhbətlər gəzir.
İspan futbolçunun müqavilənin uzadılması ilə bağlı Münhen klubu ilə anlaşdığı, lakin son anda sözləşməyə imza atmaqdan imtina etdiyi bildirilir.
Tiaqonun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol