"Fənərbağça" basketbol komandası üçün baş məşqçi axtarışlarına başlayıb.
Fanat.Az "Eurohoops"a istinadən xəbər verir ki, "Fənərbağça" "Jalqiris"in baş məşqçisi Şarunas Yasikyaviçyusla danışıqlar aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir. Litvalı mütəxəssisin bu günlərdə İstanbul klubuna cavabını açıqlayacağı bildirilir.
Qeyd edək ki, Jelko Obradoviç "Fənərbağça"dan ayrılıb. Türkiyə təmsilçisi Obranın yerini tanınmış çalışdırıcılardan biri ilə doldurmaq niyyətindədi.
Fanat.Az