"Boka Xuniors"un hücumçusu Karlos Teves vida matçına hansı futbolçuları dəvət etmək niyyətində olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, Teves "La Red" radiosuna açıqlamasında sözügedən oyunda Lionel Messi və Kriştianu Ronaldunun onun komandasında oynamasını istədiyini bildirib:
"Mənim komandamda Buffon, Uqo İbarra, Rio Ferdinand, Qabriel Hayntse, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştianu Ronaldu, Lionel Messi və Ueyn Runinin oynamasını istəyərdim.
Gələcəyimlə bağlı dəqiq bir şey demək istəmirəm. Çünki sonra sözlərimin əsiri olmaq kimi bir fikrim yoxdu.
Təbii ki, Argentinada "Boka"dan başqa heç bir klubun formasını geyməyəcəm. Amma yenidən "Vest Hem"ə qayıtmaq və 6 ay oynamaq istəyərdim. Oynadığım Avropa komandaları arasında ən çox "Vest Hem"i sevirəm".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol